"Neftçi" yeni transfer reallaşdırıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" dayaq yarımmüdafiəçisi İdrissa Dumbianı heyətə qatıblar.
Bir neçə gündür Bakıda olan 27 yaşlı futbolçu artıq tibbi müayinədən də uğurla keçib. Son iş yeri Qətər "Əl-Əhli"si olan futbolçunun transferinin yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Fil Dişi Sahilindən olan İdrissa ölkəsinin millisində 4 oyuna çıxıb.
Nihat