“Neftçi”nin heyətə qatmağa çalışdığı braziliyalı futbolçu Kaue Sesilyo da Silva bu gün Bakıya gələrək tam tibbi müayinədən keçib. Fanat.az xəbər verir ki, müayinənin müsbət nəticələrinə baxıldıqdan sonra braziliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanacaq.
25 yaşlı Kaue Sesilyo da Silva peşəkar futbolçu karyerasına vətəni Braziliyada başlayıb. Yarımmüdafiəçi 2010-2012 illərdə Portuqaliya çempionatında çıxış edib. Kaue son iki mövsümdə Rumıniyanın “Vaslui” klubunun şərəfini qoruyub.
Fanat.az