"Neftçi"nin yeni məşqçisi müəyyənləşdi

"Neftçi"nin yeni məşqçisi müəyyənləşdi

"Neftçi" yollarını ayırdığı Pavel Doroşevi geri qaytarıb. Fanat.az xəbər verir ki, latviyalı qolkiper bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək.

Belə ki, o, qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirəcək. "Paşa" bu postda bir müddət əvvəl komandadan ayrılan Neboyşa Manoyloviçi əvəzləyəcək.

Qeyd edək ki, Doroşev "Neftçi"yə yayda transfer olmuşdu. O, Premyer Liqada və kubokda 8 oyuna çıxıb və 775 dəqiqə oynayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər