"Neftçi"nin yeni baş məşqçisi müəyyənləşdi: Samir Əliyev...

"Neftçi"nin yeni baş məşqçisi müəyyənləşdi: Samir Əliyev...
“Neftçi”nin əvəzedici komandasına yeni baş məşqçi təyin olunub. Fanat.az xəbər verir ki, bu post bundan əvvəl "ağ-qaralar"ın U-19 komandasını çalışdırmış Samir Əliyevə tapşırılıb. 
Samir Əliyev hazırda AFFA-nın təşkil etdiyi “A” kateqoriyalı məşqçilik kurslarında iştirak etdiyindən, əvəzediciləri “Xəzər Lənkəran”la sabah keçiriləcək oyuna məşqçi Səttar Əliyev çıxaracaq.
Bundan başqa, “Neftçi” PFK-nın U-19 komandasının baş məşqçisi vəzifəsinə Azər Bağırov təyin olunub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər