"Neftçi"nin yay hazırlıq planı bilindi - Türkiyəyə yox, bu ölkəyə gedəcək

"Neftçi"nin yay hazırlıq planı bilindi - Türkiyəyə yox, bu ölkəyə gedəcək

"Neftçi"nin yay hazırlıq planı qismən bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" iyunun sonunda Bakıda bir araya gəlməyi planlaşdırır. 

Təlim-məşq toplanışının ilk mərhələsi ölkədə olacaq. Paytaxt təmsilçisi iyulun ilk günlərində ölkə xaricinə yollanacaq. "Neftçi" Polşada hazırlıq keçməyi qərarlaşdırıb.

Ölkə xaricindəki hazırlıq prosesində bir neçə yoxlama oyunu nəzərdə tutulub. Rəqiblərin adları yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, "Neftçi" Premyer Liqanı 6-cı sırada başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər