"Neftçi"nin yarımmüdafiəçisi zədələndi

"Neftçi"nin yarımmüdafiəçisi zədələndi

"Neftçi"nin yarımmüdafiəçisi Emil Səfərov zədələnib.

Fanat.Az xəbər verir ki, 22 yaşlı orta xətt oyunçusu Misli Premyer Liqasının 29-cu turu çərçivəsində "Şamaxı"ya qarşı keçirdikləri oyunun 20-ci dəqiqəsində xəsarət alaraq meydanı tərk edib.

"Ağ-qaralar"ın baş məşqçisi Samir Abasov onun əvəzinə Aleks Fernandesi meydana buraxıb.

Qeyd edək ki, hazırda davam edən "Şamaxı" - "Neftçi" matçında hesab açılmayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər