"Neftçi"nin yaponunun hansı müddətə kənarda qalacağı bilindi

"Neftçi"nin yaponunun hansı müddətə kənarda qalacağı bilindi

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda - "Neftçi" - "Sabah" matçında (1:2) meydan sahiblərinin zədələnən futbolçusu Ryonosuke Ohorinin son vəziyyətinə aydınlıq gəlib.

Bu barədə Fanat.Az-a "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı məlumat verib.

Klub rəsmisi 24 yaşlı yaponiyalı yarımmüdafiəçinin dabanından xəsarət aldığını və 2-3 həftə komandasına kömək edə bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Ohori sözügedən matçın 66-cı dəqiqəsində meydana çıxıb və zədələnməsinə rəğmən, final fitinə qədər mübarizə aparıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər