"Neftçi"nin vitse-prezidentindən ilk açıqlama

"Neftçi"nin vitse-prezidentindən ilk açıqlama

“Neftçi” PFK-nın vitse-prezidenti vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Mübariz Xudiyev klub saytına açıqlama verib. Fanat.az xəbər verir ki, o, "ağ-qaralar"ın uğurlarını klub prezidenti ilə əlaqələndirib: 

“Neftçi” PFK Azərbaycan futbolunun ən köklü, eyni zamanda ən titullu klubudur. Komandamız son 4 mövsümdə 3 dəfə çempion olub və 2 dəfə ölkə kubokunu qazanıb. Bu müddətdə “Neftçi” Avropa Liqasının qrup mərhələsində çıxış edib və bu mövsüm də play-off mərhələsində mübarizə aparıb. Bu nailiyyətləri başda klub prezidenti olmaqla komanda şəklində əldə etmişik.

Fəaliyyətim müddətində heç zaman komandamızın uğurları üçün əlimdən gələni əsirgəməmişəm. Çalışacağam ki, bundan sonrakı fəaliyyətimdə də üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlim. İnanıram ki, gələcəkdə də bu uğurlarımızın davamını gətirəcəyik”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər