"Neftçi"nin vitse-prezidenti yoxdu!" - ÇAYXANA SÖHBƏTİ

"Neftçi"nin vitse-prezidenti yoxdu!" - ÇAYXANA SÖHBƏTİ

Ara-sıra çayxanada bir araya gələn dostları Fanat.az-ın oxucuları yaxşı tanıyır. Bu gün də yağmurlu payız səhərinin ağırlığını milli içkimizin dadına baxa-baxa canından çıxaran dostların çənəsi yaman qızışmışdı...

 

- Qaqa, baxdın dana “Qarabağ”a...

- Ürəyimiz ağzımıza gəldi, ə.

 

- Bə deyirdin, Qurbanın komandasını mələdəjəhlər, nooldu?

- Düzü, oynamaxları xoşuma gəlmədi, amma nə istiyirsən, uddular dana, qaqa.

 

- Ə, bizimkilər oynuyanda oynuyur e. Yadına gəlir, “Neftçi”nin APOEL-i Artyomda dağıtmağı?

- Artyom nədi ə?

 

- Ə maa onda demədin ki, Artyom adasında oynuyullar?

- Sən Allah helə demişdim? Ə, məzələnmişdim dana sənnən. Sən onda hansı adada oynadıxların soruşmuşdun, mən də helə dedim. Kiprdə oynamışdılar, Nikosiyada. O oyun möhtəşəmiydi. Bakı dağılırdı e, qaqa.

 

- Qaqa, bə “Neftçi” indi oynamır Avroliqada ?

- Yox, “Partizan”a uduzdular pley-offda.

 

- Pley-off nədi?

- Elə Artyom kimi bir şeydi. 3 yaşından futbola baxırsan, hələ bilmirsən pley-off nədi?

 

- Onun nə dəxli var ki... Ona qalsa, Elxan Məmmədov neçə ildi AFFA-da işdiyir. Reklam əlaqələrindən başqa heç nədən başı çıxmır. Azərbaycanca danışanda da onun əvəzinə mənim ürəyim çəkilir. Desən bir komandada neçə futbolçu olur, yarım saat ııııııııııı eliyəndən sonra “yeqyin ki 12” deyəjək !

- Sən də ta ağın çıxartma dana, o qədər də olmaz. Amma bir sözünlə razıyam ki, Elşad Nəsirovla Elxan Məmmədov Azərbaycan futbolunun başının daşıdı. Onlar qədər bu futbolun duzunu qaçırdan adam tanımıram. Harda da bir uğur görsələr, öz zibillərini gizdətməyin dərdindən “yuxarılar”a azdırıcı informasiya verillər.

 

- Qaqa, “Neftçi”nin vitse-prezidenti yoxdu ta?

- Vitse-prezident istefa verdi.

 

- Bilirəm e getdi, Tahir Süleymanovu tanıyırdım. Bə yerinə heç kimi gətirmədilər?

- Dayan görüm ə, məni də karıxdırdın. Hə, hə, bir ütülü cavan gəlif çıxıf. Varlığıyla yoxluğu bilinmir.

 

- Adı nədi?

- Nə bilim ə, nədi. Özünü dartıf qoyuf dağ başına. Qaqam “vozdux”dadı dana! Elə bil bundan yoxdu. Adamın yaxasından tutuf deyəllər ki, sən hələ bir Süleymanovun yarısının-yarısı ol, ondan sonra mətbuatla “çerez” Gündüz Abbaszadə danış dana.

 

- Sənin ürəyin doluymuş ə lap. Mən adın soruşdum, sən maa dastan danışdın.

- Ütülü oğlan. Hı-hııııııı. Nətər addı?

 

- Qəşəng!

- Vəssalam da, gələndən səsi çıxmıyıf hələ. Səsi çıxmıyanın adını neynirsən? İstiyir Adnaqulu olsun, istiyir İmamqulu. Hesab elə ki, “Neftçi”nin vitse-prezidenti yoxdu!

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər