"Neftçi"dən ayrılan Melvin Platyenin yeni klubu rəsmən müəyyənləşib. Fanat.az xəbər verir ki, holland hücumçu karyerasını vətənində davam etdirəcək.
Belə ki, Platye "Venlo" klubuna keçib. Bu barədə 1-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Venlo təmsilçisinin futbol məsələləri üzrə məsləhətçisi Stan Falks onun sərbəst futbolçu kimi kluba keçməsinin müsbət tərəfindən danışıb: “Melvin Platye I dəstədə oynamağa razılıq verməklə bizə hörmətini göstərdi. Onun bəlli hədəfləri var. Platye bizə sərbəst futbolçu kimi keçdi. Bu isə o deməkdi ki, onun müqaviləsinin müddəti başa çatdıqdan sonra da bizdə qalma imkanı var”.
Qeyd edək ki, "Neftçi" Platyeni Hollandiyanın "Neymengem" klubundan transfer etmişdi. Ölkəmizdə 19 oyuna çıxan holland forvard 796 dəqiqə oynayıb və cəmi 1 qol vurub. Paytaxt klubu onu "Kalmar"a icarəyə vermişdi.
Fanat.az