"Neftçi"nin taleyi macarların əlində

"Neftçi"nin taleyi macarların əlində

"Neftçi"nin Gürcüstan "Çixura"sı ilə Tiflisdə keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşünə təyinatlar açıqlanıb. Fanat.az xəbər verir ki, avqustun 7-də baş tutacaq qarşılaşmanı macarıstanlı hakimlər briqadası idarə edəcək. 

Baş hakim Tamaş Boqnara Gyorgi Rinq və Peter Berettyan kömək edəcəklər. Görüşün 4-cü hakimi Adam Farkaş olacaq. Polşalı Zbiqnev Prjesmiçki matçda hakim-inspektor, yunanıstanlı Mixail Anaqnostu isə UEFA nümayəndəsi qismində yer alacaq. 

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk qarşılaşmada qolsuz bərabərlik qeydə alınıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər