"Neftçi"nin Avstriya toplanışı çərçivəsindəki son rəqibi bəlli olub. Fanat.az xəbər verir ki, paytaxt klubu Çexiyanın "Primbram" klubu ilə qarşılaşacaq.
Bu komanda son mövsümdə Çexiya çempionatında 12-ci olub. Oyun iyulun 9-da keçiriləcək və bir gün sonra "Neftçi" vətənə dönəcək.
Qeyd edək ki, "Neftçi" Avstriyadakı ilk sınaq matçında Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə heç-heçəyə razılaşmışdı - 2:2. Rumıniyanın "Botoşani" klubu (0:3) və Drezden "Dinamo"su (Almaniya) ilə oyunlarda (1:2) isə "ağ-qaralar" uduzmuşdu. Türkiyə toplanışı zamanı "Neftçi" Gürcüstan "Çixura"sı ilə iki oyun keçirmiş (2:3, 1:1) və Səudiyyə Ərəbistanının "Əl-Qadisiya" klubu ilə qarşılaşmışdı (3:1).
Fanat.az