"Neftçi"nin sabiq futbolçusu: "Səviyyə çox aşağı idi"

"Neftçi"nin sabiq futbolçusu: "Səviyyə çox aşağı idi"

"Neftçi"nin sabiq hücumçusu Marian Aliuta Yunanıstan "İraklis"indəki dövrlə paytaxt təmsilçisindəki illəri müqayisə edib. Fanat.az xəbər verir ki, rumıniyalı futbolçu "İraklsi"dən pula görə ayrıldığını, lakin Azərbaycanda futbolun səviyyəsinin aşağı olduğunu bildirib:

"Etiraf edim ki, Yunanıstanda qalmaq istəyirdim. Ancaq orada maliyyə problemləri baş qaldırmışdı. Verdikləri vədlərə əməl etmirdilər. Azərbaycanda isə tam əksi idi: pul var, futbol isə... Səviyyə olduqca aşağı idi, elə meydanları da pis gündə. Süni meydançada ağır idi oynamaq. Belimdə ağrılar hiss edirdim. Azərbaycan karyeramdan sonra normal futbol sərgiləyə bilmirəm".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər