"Neftçi"nin sabiq baş məşqçisi Ronaldunun motivasiyasının səbəbini açıqladı

"Neftçi"nin sabiq baş məşqçisi Ronaldunun motivasiyasının səbəbini açıqladı

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu 14 yaşı tamam olan oğlu ilə rəsmi oyuna çıxmağa can atır.

Fanat.Az xəbər verir ki, bunu 45 yaşlı rumıniyalı mütəxəssis, "Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu "Daily Mail"-ə açıqlamasında deyib. 

“İndi bu, onun əsas motivasiyasıdır. Ronaldu oğlu ilə rəsmi oyun keçirmək arzusundadır. Bu, baş verməyənə qədər o, getməyəcək. 

"Ən-Nəsr"də bunu reallaşdırmaq mümkündür. Məsələn, Madriddə bunu etmək olmazdı. "Əl-Nəsr"də azı yarım mövsüm birlikdə keçirə bilirlər”.

Xatırladaq ki, Ronaldunun oğlu Kriştianinyu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun Futbol Akademiyasındadır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər