"Neftçi"nin sabiq baş məşqçisi İran klubunda

"Neftçi"nin sabiq baş məşqçisi İran klubunda

"Neftçi"nin sabiq baş məşqçisi Miodraq Bojoviç İranın "İstiqlal" (Xuzistan) komandasını çalışdıracaq.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, monteneqrolu mütəxəssisin müqavilə şərtləri açıqlanmayıb.

"İstiqlal" ötən mövsüm İran çempionatını 14-cü yerdə başa vurub.

Qeyd edək ki, 56 yaşlı məşqçi 2023/2024 mövsümündə "Neftçi"ni çalışdırıb. Paytaxt klubu onun rəhbərliyi altında mövsümü 5-ci pillədə bitirib və avrokuboklardan kənarda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər