Avropa Liqasında I təsnifat mərhələsinin oyunları davam edir. Fanat.az xəbər verir ki, bu gecə "Neftçi"nin potensial rəqibləri meydana çıxıb.
Belə ki, Azərbaycan Kubokunun qalibi mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. "Neftçi" bu mərhələdə "Çelik" (Çernoqoriya) - "Koper" (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyunda 5:0 hesablı qələbə qazanan "Koper" cütün taleyini demək olar ki, həll edib.
Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun
3 iyul
Çelik (Çernoqoriya) - Koper (Sloveniya) 0:5
Qollar: Palçiç, 21. Haliloviç, 37. Kovilo, 50; 86. Quberaç, 87.
Baş hakim: Daniel Stefanski (Polşa).
Niksiç. Qradski stadionu.
Fanat.az