"Neftçi"nin rəqibi dəyişdi

"Neftçi"nin rəqibi dəyişdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin keçirəcəyi yoxlama oyunları ilə bağlı məlumat vermişdik. Fanat.az xəbər verir ki, "ağ-qaralar"ın yanvarın 17-də keçirəcəyi yoxlama oyunundakı rəqibi dəyişib. 

“Neftçi” həmin tarixdə əvvəlcədən planlaşdırıldığı kimi İranın “Fulad” klubu deyil, Türkiyə Super Liqasında mübarizə aparan “Kayseri Erciyəsspor”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17.00-da başlayacaq. 

İran təmsilçisi isə "Neftçi"nin əvəzedici heyəti ilə üz-üzə gələcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər