"Neftçi"nin rəqibi darmadağına sevindi

"Neftçi"nin rəqibi darmadağına sevindi
Serbiya Super Liqasında III turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Neftçi"nin Avropa Liqasındakı rəqibi "Partizan" "Donji Srem"i qəbul edib.
Belqrad klubu evdə darmadağına sevinib - 3:0. "Partizan"ın qollarına Petar Şkuletiç, Danko Lazoviç və Saşa Markoviç imza atıb.
Qeyd edək ki, "Partizan" 3 turda 9 xal toplayıb və "Srvena Zvezda" ilə birlikdə turnir cədvəlinə başçılıq edir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər