"Neftçi"nin rəqibi 3 xalı 4 qolla qazandı

"Neftçi"nin rəqibi 3 xalı 4 qolla qazandı
Serbiya Super Liqasında II turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Neftçi"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Partizan" "Radniçi"ın qonağı olub.
Oyun "Partizan"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"nin rəqibinin heyətində Petar Qrbiç (2-ci dəqiqə), Danko Lazoviç (27) və Petar Şkuletiç (75) fərqlənib. "Partizan" həmçinin Vladimir Dordeviç (68) avtoqoluna sevinib.
Qeyd edək ki, "Partizan" 2 turdan sonra 6 xalla turnir cədvəlinə başçılıq edir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər