"Neftçi"nin rəhbəri rəsmən dəyişdi

"Neftçi"nin rəhbəri rəsmən dəyişdi

"Neftçi"nin rəhbərliyi rəsmən dəyişdirilib. Fanat.az хəbər verir ki, bununla bağlı bu gün SOCAR-ın binasında iclas keçirilib.

İclasdan sonra açıqlama verən SOCAR-ın və AFFA-nın prezidenti Rövnəq Abdullayev dəyişikliyin baş verdiyini açıqlayıb: "Ötən il qərara alınmışdı ki, klublarda Müşahidə Şurası yaradılsın. Müəyyən problemlər oldu. Bilirsiniz ki, "Neftçi" Futbol Klubu ayrı qurum idi. Bizim "Neftçi" İdman Klubumuz var ki, 36 idman növündə 5 minə yafxın idmançı var. "Azərneftyağ" neft emalı zavodu bağlandıqdan sonra qərara gəldik ki, futbol klubunu cəmiyyətin tərkibinə verək. Futbolun inkişafı üçün yeni struktur düşündük. Bu gün bunun qərarını verdik. "Neftçi" Futbol Klubunda artıq Müşahidə Şurası yaradıldı. Bu Müşahidə Şurasına 7 üzv təklif edirik. Seçim sonra olacaq. Düşündük ki, tanınmış simalar yer alsın bu şurada. Çingiz Abdullayevdən xahiş etdik ki, bu şuraya rəhbərlik esin. O, "Neftçi"sevərlərdəndi. Sağ olsun ki, təklifimizi qəbul etdi. Bəhram Bağırzadə də təklifimizi müsbət qarşıladı. Tanınmış futbolçularımız Mübariz Zeynalov və Səməd Qurbanov da razılıq verdilər bu Şurada iştirak etməyə. "Neftçi" Zaur Qəhrəmanov və mən də bu şurada yer alacağıq. "Neftçi"nin aksiyaları buraxılacaq. Gələn ilə qədər artıq şəxsi klub olmayacaq, ictimaiyyət idarə edəcək”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər