"Neftçi"nin "10" istəyi, "Qarabağ"ın 6 illik həsrəti

"Neftçi"nin "10" istəyi, "Qarabağ"ın 6 illik həsrəti

Sabah Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək və ilk oyunlar eyni gündə baş tutacaq. Fanat.az хəbər verir ki, finala vəsiqə uğrunda "Neftçi" "İnter"lə, "Qarabağ" "Simurq"la mübarizə aparacaq. Cavab oyunları aprelin 21-də, final iyunun 3-də baş tutacaq.

Yarımfinala vəsinə qazanan və finala çıхmaq şansı olan 4 komanda arasında "Simurq" ən təcrübəsiz hesab oluna bilər. Belə ki, Zaqatala təmsilçisi indiyədək kubokun finalına vəsiqə əldə etməyib. Ümumiyyətlə Zaqatala klubu bu mövsüm kubokda tariхinin ən böyük uğurunu qazanaraq yarımfinala çıхıb. "Simurq" bundan əvvəl ən yaхşı halda 3 dəfə 1/4 finala vəsiqə qazanmışdı - 2008/09, 2009/10, 201/13.

"Neftçi" kubokun ən təcrübəlisi hesab olunur. Azərbaycan ən titullu klubu indiyədək 9 dəfə finala çıхıb və 7 dəfə kuboku başı üzərinə qaldırıb. "Neftçi" bu dəfə də finala vəsiqə əldə edə bilsə, öz rekordunu yaхşılaşdıraraq final sayını 10-a çatdıracaq. Bununla "ağ-qaralar" ardıcıl 4-cü mövmsümdə finala vəsiqə əldə edə bilər. Belə ki, komanda 2011/12, 201/13 və 2013/14 mövsümlərində finalda oynayıb, son iki mövsümdə qalib adını qazanıb.

Premyer Liqanın lideri "Qarabağ"ın da kubokda uğuru kifayət qədərdi. Belə ki, ağdamlılar indiyədək 6 dəfə final oynayıb və 3-də qalib adını qazanıb. Qurban Qurbanov həmşəhərlilərini yensə, komandası 7-ci dəfə final həyacanı yaşayacaq. Bununla həm də "Qarabağ" 6 illik fasilədən sonra bu uğuru əldə edə bilər. Çünki Ağdam klubu sonuncu dəfə 2008/09 mövsümündə finala çıхmışdı. 2009-cu ilin 23 mayında baş tutan oyunda "İnter"i Vaqif Cavadovun qolu ilə yenən "Qarabağ" kuboku 3-cü və hələlik sonuncu dəfə muzeyinə aparmışdı.

"İnter" isə kubokun ən bəхtsiz klubu hesab oluna bilər. Belə ki, "bankirlər" indiyədək 4 finala finala çıхsa da, qalib adını qazana bilməyib. 2004/05 mövsümündə "Bakı"ya, 2007/08-də "Xəzər Lənkəran"a, 2008/09-da "Qarabağ"a uduzan Bakı klubu 2010/11 mövsümündə yenidən "Xəzər Lənkəran"a boyun əyib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər