"Neftçi"nin qapıçısı milli komandada

"Neftçi"nin qapıçısı milli komandada
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də "Bayıl Arena"da Norveçlə keçirəcəyi oyunla əlaqədar Bakı şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha bir futbolçu çağırılıb. Fanat.az xəbər verir ki, "Neftçi"nin qapıçısı, mövsümü icarə əsasında "Araz Naxçıvan"da keçirmiş Emil Balayev düşərgəyə dəvət edilib. O, U-21-in heyətinə mayın 29-da qoşulacaq.
Qeyd edək ki, AFFA səhər saatlarında "Bakı"nın üzvü Vüqar Mustafayevin zədə səbəbindən U-21-in heyətindən çıxarıldığını açıqlamışdı. Onun əvəzində Ruslan Tağızadə ("Qəbələ") və Məqsəd İsayev ("Neftçi") toplanışa dəvət olunub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər