"Neftçi"nin oyununda türklər: UEFA xəbərimizi təsdiqlədi

"Neftçi"nin oyununda türklər: UEFA xəbərimizi təsdiqlədi
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq "Partizan" (Serbiya) - "Neftçi" oyununa təyinatlar rəsmən açıqlanıb. Fanat.az xəbər verir ki, avqustun 21-də Belqrad baş tutacaq oyunu türk hakimlər idarə edəcək.
Matçda ədaləti Hüseyn Göçek qoruyacaq. Ona Mustafa Emre Eyisoy və Orkun Aktaş yardım edəcək. Dördüncü hakim funksiyasını Süleyman Abay yerinə yetirəcək. 
Oyunun UEFA nümayəndəsi portuqaliyalı Joao Morais, hakim-inspektor maltalı Adrian D. Kaşa olacaq.
Qeyd edək ki, "Partizan" - "Neftçi" oyununa Hüseyn Göçekin təyinat alması ilə bağlı ilk xəbəri Fanat.az ötən axşam yaymışdı.
Hakimlər: Hüseyn Göçek, Mustafa Emre Eyisoy, Orkun Aktaş, Süleyman Abay (Türkiyə).
UEFA nümayəndəsi: Joao Morais (Portuqaliya).
Hakim-inspektor: Adrian D. Kaşa (Malta).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər