"Neftçi"nin məşqçisinə 5 oyunluq cəza

"Neftçi"nin məşqçisinə 5 oyunluq cəza

AFFA İntizam Komitəsi "Neftçi"nin U-13 komandasının məşqçisi Eldəniz Məmmədovu 5 oyunluq cəzalandırıb. Fanat.az xəbər verir ki, buna səbəb onun Coca-Cola U-13 Liqasının “İnter”lə matçında azarkeşi təhqir etməsi olub.

U-10 liqasında çıxış edən "Daşqın"ın məşqiçisi Mahmud Əhmədov isə "Simurq"la oyunda qeyri-etik hərəkətə yol verib və texniki zonadan kənarlaşdırılıb. Buna görə AFFA onu 5 oyunluq cəzalandırıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər