"Neftçi"nin Mahir şousu: komandada qalacaq

"Neftçi"nin Mahir şousu: komandada qalacaq
Bir neçə gündü "Neftçi"dən Mahir Şükürovla bağlı müxtəlif xəbərlər yayılır. Belə ki, milli üzvünün komandadan gedəcəyi deyilir. Hətta klub rəhbərliyi şou xarakterli açıqlamalar verərək, Mahirin müqaviləsinin başa çatdığını və guya komandanı tərk edə biləcəyini deyir.
Fanat.az isə xəbər verir ki, Şükürov "Neftçi"dən getməyəcək. Bir müddət əvvəl xəbər verdiyimiz kimi futbolçu ilə bir illik yeni müqavilə razılaşdırılıb və yaxın günlərdə rəsmi açıqlama veriləcək. "Neftçi" tezliklə açıqlama yayaraq guya Mahirlə yenicə anlaşdığını elan edəcək. Komandadakı gəncləşdirmə siyasəti isə karyerasını bitirən İqor Mitreski və Pavel Doroşev, həmçinin artıq əvvəlki formasından çox-çox uzaq olan Bahodir Nasimovun gedişi ilə yekunlaşacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər