"Neftçi"nin ilk transferi Bakıya gəldi

"Neftçi"nin ilk transferi Bakıya gəldi
"Neftçi" ilk transferini rəsmiləşdirməyə hazırlaşır. Fanat.az xəbər verir ki, "ağ-qaralar"ın müqavilə bağlayacağı Kaue Sesilio da Silva Bakıya gəlib. 
25 yaşlı braziliyalı bu gün artıq tibbi baxışdan keçəcək. Heç bir problem aşkarlanmasa, onunla 2 illik müqavilə bağlanacaq. 
Qeyd edək ki, Kauenin son iş yeri Rumıniyanın "Vasluy" klubu olub. O, 2012-ci ildən çıxış etdiyi komandada 50 oyunda 3 qol vurub. Braziliyalı mərkəz yarımmüdafiəçisi son rəsmi oyununu ötən ilin 17 dekabrında Buxarest "Dinamo"suna qarşı keçirib.
Kaue ilk peşəkar müqaviləsini 2009-cu ildə Braziliyanın Qama klubu ilə bağlayıb. 2010-cu ildə Avropaya üz tutan futbolçu Portuqaliyanın "Leyxoeş" (2010/2011, 45 oyun, 1 qol) və "Olhanense" (2011-2012, 34 oyun, 5 qol) klublarında çıxış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər