"Neftçi"nin futbolçusu üçün yubiley

"Neftçi"nin futbolçusu üçün yubiley

“Neftçi”nin yarımmüdafiəçisi Emil Səfərov yubiley oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Misli Premyer Liqasının I turunun “Şamaxı” ilə qarşılaşması (1:1) 23 yaşlı futbolçu üçün 100-cü olub.

O, bu matçlarda 5 qola imza atıb. Debütü 2021/22 mövsümünə təsadüf edən Səfərov “Qəbələ”də 76 (4 qol), “Neftçi”də 24 (1 qol) oyunda iştirak edib.

Qeyd edək ki, Emil Premyer Liqada ən azı 100 oyun keçirən 440-cı futbolçudur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər