"Neftçi"nin futbolçusu "Sumqayıt"a keçdi

"Neftçi"nin futbolçusu "Sumqayıt"a keçdi
2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətini daha bir futbolçu ilə gücləndirib.  
Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda "Neftçi"nin cinah yarımmüdafiəçisi Mirabdulla Abbasovu mövsümün sonuna qədər icarəyə götürüb.
Qeyd edək ki, "Sumqayıt" daha öncə Fərhad Vəliyev (“Qarabağ”), Budaq Nəsirov, (icarədən qayıdıb), Ruslan Tağızadə ("Rəvan"), Kamran Abdullazadə ("Xəzər Lənkəran"), Əli Həsənlini ("Neftçala") heyətinə qatıb.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər