"Neftçi"nin futbolçusu millidə vurduğu qələbə qolundan danışdı

"Neftçi"nin futbolçusu millidə vurduğu qələbə qolundan danışdı

Monteneqro millisinin və "Neftçi"nin futbolçusu Edvin Kuç DÇ-2026-nın seçmə mərhələsində ölkəsinin yığması ilə Farer adalarına qalib gəldikləri (1:0) matçın 90+6-cı dəqiqəsində qələbə qolunu vurmasına münasibət bildirib

Fanat.Az "Vijesti.me" nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi belə danışıb:

"Hücuma qoşulmağı xoşlayıram. Həmin vaxt "ya hər şey, ya da heç nə" düşüncəsi ilə getdim. Karyeramın ən yaxşı anlarından biri idi. Əvvəlki günlər bizim üçün bir az çətin keçdi. Psixoloji və fiziki cəhətdən yorğun idik. Meydan da bizə çətinlik yaradırdı. İki matçda altı xalı asanlıqla qazanmayacağımızı bilirdik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər