"Neftçi"nin futbolçulara borcu var - 2.5 milyon

"Neftçi"nin futbolçulara borcu var - 2.5 milyon

"Neftçi" futbolçularına bir neçə aydı ki, maaş vermir. Fanat.az azerisport.az-a istinadən xəbər verir ki, artıq yığılan borclar bütövlükdə 2 milyon 500 min manata çatıb. 

Bu üzdən də komanda üzvləri yaranan vəziyyətdən narazıdılar. Onlar bir neçə dəfə klub rəhbərliyinə etirazlarını da bildiriblər. Lakin vəziyyət hələ ki, düzəlmir.

"Neftçi"nin vitse-prezidenti Elnur Məmmədov klubun futbolçulara 2 milyon 500 min manat borcunun olması barədə xəbərə münasibət bildirib. Klub rəsmisi xəbəri nə təkzib, nə də təsdiq edib: "Belə bir rəqəmin haradan götürüldüyünü deyə bilmərəm. Amma müəyyən borc qalıb ki, onu tədricən ödəyəcəyik".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər