"Neftçi"nin dərdi var

"Neftçi"nin dərdi var

"Neftçi" "İnter"lə oyuna ciddi itki ilə çıxa bilər. Fanat.az xəbər verir ki, komandanın aparıcı futbolçusu Flavinyonun meydandan kənarda qalacağı gözlənilir.

"Bakı" ilə matçda zədələnən braziliyalı həftə ərzində frdi məşqlə kifayətlənib. Bu səbəbdən onun meydana çıxmayacağı deyilir.

Qeyd edək ki, Karlos Kardoso sarı vərəqə limitini doldurduğundan oynamayacaq. Əvəzində Bruno Bertuççi cəzasını başa vuraraq sıraya dönüb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər