İqor Mitreski, Bahodir Nasimov və Pavel Doroşevlə yollarını ayıran "Neftçi" daha bir futbolçusu ilə qərar verib. Fanat.az xəbər verir ki, klub rəhbərliyi Denis Silvanı heyətdə saxlayıb.
Son mövsümdə əsas heyətin daimi üzvünə çevirilə bilməyən braziliyalı ilə yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, Denis 2010/11 mövsümündən "Neftçi"də çıxış edir. Başa çatan mövsümdə 25 Premyer Liqa matçına 1697 dəqiqə oynayıb və 1 qol vurub. O, 5 kubok oyununda da 182 dəqiqə forma şansı qazanıb.
Fanat.az