“Neftçi”nin ukraynalı baş məşqçisi Roman Qriqorçukun köməkçiləri müəyyənləşib.
Fanat.Az "ağ-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, litvalı Saulius Sekanaviçyus köməkçi məşqçi, italiyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsov isə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, bunadək məşqçilər korpusunda yer alan Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də fəaliyyətlərini davam etdirəcəklər.