"Neftçi"nin baş məşqçisinə 20 oyunluq cəza

"Neftçi"nin baş məşqçisinə 20 oyunluq cəza

AFFA İntizam Komitəsi "Neftçi" İSM-in U-13 komandasının baş məşqçisi Elçin Ağayevə ağır cəza verib. Fanat.az xəbər verir ki, buna səbəb onun hərəkəti olub.

Belə ki , Coca-Cola U-13 liqasının “İnter” - “Qəbələ” matçı başa çatdıqdan sonra "Neftçi" İSM-in baş məşqçisi hakimə fiziki təsir göstərib. Bu səbəbdən o, 20 oyunluq cəzalandırılıb.

Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Çağırğan” - “Səhliyalı” matçının 75-ci dəqiqəsində isə “Səhliyalı” klubunun baş məşqçisi İsmayıl Ağayev hakimi təhqir edib aə 5 oyunluq cəzalanıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər