"Neftçi"nin baş məşqçisi yenə istefa verdi

"Neftçi"nin baş məşqçisi yenə istefa verdi
“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Elşad Əhmədov “Simurq” klubuna məğlubiyyətdən (0:2) sonra istefa verib. Fanat.az xəbər verir ki, istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.
Elşad Əhmədov bununla bağlı klubun rəsmi saytına açıqlama verib: “Neftçi” hər zaman yüksək yerlər uğrunda mübarizə aparan komandadı. Mən əvəzedici heyətlə çempion olmuşam. Hazırda isə AFFA-nın təşkil etdiyi “A” kateqoriyalı məşqçilik kurslarına qatıldığıma görə Zaqataladakı oyunda iştirak edə bilmədim. Lakin əvəzedicilərin son zamanlardakı çıxışı qənaətbəxş deyildi. Buna görə də bu gün istefa ərizəmi klub rəhbərliyinə təqdim etdim. “Neftçi”yə gələcək oyunlarda uğurlar arzu edirəm”. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər