"Neftçi"nin baş məşqçisi qələbəni belə dəyərləndirdi

"Neftçi"nin baş məşqçisi qələbəni belə dəyərləndirdi

"Neftçi"nin məşqçisi Daviti Çivçivadze Azərbaycan Basketbol Liqasının XV turunda "Abşeron"la oyundan (80:56) sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Fanat.Az xəbər verir ki, o, qələbəni belə dəyərləndirib:

“İlk olaraq oyunçularımızı və azarkeşləri qələbə münasibətilə təbrik edirəm. Bu, bizim üçün önəmli qarşılaşma idi. Oyun ərzində müdafiəni düzgün qursaq, ribaundlara və ötürmələrə nəzarət etsək, hər zaman qələbə qazana bilərik. Komandamızın yüksək potensialı var".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər