"Neftçi"nin Rusiyanın “Yenisey” klubundan futbolçu transfer edəcəyi ilə bağlı xəbər vermişdik. Bu barədə məlumat verən baş məşqçi ad açıqlamasa da, paytaxt klubunun bu klubda top qovan Azərbaycan əsilli Azər Əliyevi heyətinə qatacağı gözlənilir.
Əliyev ötən ilin aprelində "Yenisey"in əsas heyətinə debüt edib. O, cari mövsümün ilk yarısını II divizionun Şərq zonasında çıxış edən “Saxalin”də keçirib və 10 oyunda 6 qola imza atıb. 20 yaşlı yarımmüdafiəçi fevralın əvvəlində “Yenisey”ə dönüb və komandanın yoxlama oyunlarında meydana çıxıb.
Fanat.az