"Neftçi"nin 8-9 yaxşı legioneri var"

"Neftçi"nin 8-9 yaxşı legioneri var"
“Neftçi”nin oyunlarını izləmişəm. Rəqibin 8-9 yaxşı legioneri var. Xüsusilə də braziliyalılar". Faant.az xəbər verir ki, bu sözləri “Koper”in baş məşqçisi Rodolfo Vanoli deyib.
"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsində Sloveniya klubu ilə qarşılaqşacaq və sabah "Bakcell Arena"da ilk matçına çıxacaq. Vanoli oyunla bağlı fikirlərini bildirib: "Rəqibin daha çox oyununu izləməklə onu daha yaxşı analiz etmək olar. Hazırda bizdə olan rəqiblə bağlı ilkin təsəvvürdü. Amma biz təkcə onların oyununu düşünməməliyik. Kapitanları Flavinyo başda olmaqla rəqib, həqiqətən də, fərdi keyfiyyətləri ilə seçilən futbolçulardan ibarətdi. Onu da qeyd edim ki, rəqib əsasən sol cinahdan təhlükəli hücumlar qurur. Onların rahat oynamasına imkan verməməliyik. Əks-təqdirdə, bu bizə baha başa gələcək”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər