"Neftçi"nin 5 futbolçusu millidə

"Neftçi"nin 5 futbolçusu millidə
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı başlayır. Fanat.az xəbər verir ki, bu gün start götürəcək hazırlıqlarda 22 futbolçu çağırılıb.
 
İyulun 6-da başa çatacaq toplanış Bakıda keçiriləcək. Baş məşqçi Təbriz Həsənov 7 klubun üzvlərinə dəvət göndərib. “Neftçi” 5, “Qəbələ” və “İnter” hərəyə 4, “Bakı” ilə “Qarabağ” hərəyə 3 oyunçu ilə təmsil olunacaq:
Kamran İbrahimov, Ərziman Rizvanov, Pilağa Mehdiyev, Bahadur Həziyev, Eşqin İsrafilov (hamısı “Neftçi”), Mir-Emil Həsənov, Kamran Əliyev, Ceyhun Muxtarlı, Nadir Qasımov (hamısı “İnter”), Murad Qayalı, Aqşın Hüseynov, Elvin İmanlı, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Əsgər Hüseynov (AZAL), Asim Abdullazadə, Məhərrəm Həsənov, Samir Əliyev (hamısı “Bakı”), Famin  Əliyev, Məhəmməd Hüseynov, Nahid Zülfüqarov (hamısı “Qarabağ”), Yusif  Həsənov, İbrahim Qədirzadə (hər ikisi “Xəzər Lənkəran”).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər