"Böyük oyun"da "Neftçi"nin qonağı olacaq "Xəzər Lənkəran" şad xəbər alıb. Fanat.az xəbər verir ki, Lənkəran klubunun zədəli futbolçularından biri bu matçda meydana çıxa biləcək.
Belə ki, 10 gündən artıqdı zədədən əziyyət çəkən Tyeqo artıq sağalmaq üzrədi və onun "Böyük oyun"da meydana çıxması mümkündü. Əvəzində Tural Cəlilovla həm zədəsi, həm də cəzası olan Rasim Ramaldanov kənarda qalacaq.
Qeyd edək ki, Tyeqo XX tura təsadüf edən "Xəzər Lənkəran" - "Neftçi" matçının 9-cu dəqiqəsində avtoqola imza ataraq qonaqları sevindirmişdi.
Fanat.az