"Neftçi"dən "Traktorsazi"yə təbrik və təklif - FOTO

"Neftçi"dən "Traktorsazi"yə təbrik və təklif - FOTO
“Neftçi” “Traktorsazi"ni İran kubokunu qazanması münasibətilə təbrik edib. Fanat.az xəbər verir ki, rəsmi məktubda Təbriz klubuna yoldaşlıq oyunu keçirmək təklif edilib. 
Bu xəbər İran mətbuatında böyük əks-səda doğurub. İranın məşhur xəbər saytlarında bununla bağlı məqalələr dərc olunub. Yazıların birində “Traktorsazi"nin baş məşqçisi Toni Oliveyranın mətbuat konfransında “Neftçi”nin bu təklifinə münasibət bildirdiyi qeyd olunub: “Neftçi” ilə oyun komandamız üçün çox faydalı ola bilər”.
Digər məqalədə “Neftçi”nin Təbriz komandaları ilə keçirdiyi oyunlar xatırlanıb. Qeyd olunub ki, “Neftçi” sonuncu dəfə 1991-ci ildə qarşılaşdığı “Traktorsazi” və “Maşınsazi” klublarını uyğun olaraq 4:2 və 3:1 hesabı ilə məğlub edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər