"Neftçi"dən "Sumqayıt"a transfer

"Neftçi"dən "Sumqayıt"a transfer

"Sumqayıt" növbəti transferini həyata keçirib.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "Sumqayıt" "Neftçi"dən ayrılan Cavid İmamverdiyevi heyətinə qatıb. 27 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, C. İmamverdiyev futbolçu karyerası ərzində "Neftçi", "Karvan" və "Elazığspor" klublarında çıxış edib.

Xatırladaq ki, "Sumqayıt" bu gün "Kəpəz"dən Tural Axundovu da transfer edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər