"Simurq"da "Şerif"dəkindən daha çox qazanıram". Fanat.az xəbər verir ki, bu sözləri "Simurq"un futbolçusu Marko Stanoyeviç deyib.
Zaqatala klubunun "Şerif"dən icarəyə götürdyyü futbolçu Moldova mətbuatına müsahibə verib. Serb yarımmüdafiəçi "Simurq"a keçmək səbəbindən danışıb: "Şerif"dən ona görə ayrıldım ki, orda istədiyim qədər oynamırdım. Klubun baş direktoru Nikolay Zyuzinlə danışdım və məni buraxdılar. Buna görə də onlara təşəkkürümü bildirirəm. Başqa variantlar çox idi. Amma "Simurq" daha ciddi təklif irəli sürdü. Məni komandada çox yaxşı qarşıladılar. Düzünü deyim ki, özümü bir neçə ildi burada oynayıram kimi hiss edirəm. Bu klubun futbolçuları çoxdandı bir yerdə oynayırlar. Baş məşqçinin də birinci ili deyil. "Simurq"u seçməklə düzgün addım atdığımı deyə bilərəm".
Stanoyeviç gələcəkdə "Neftçi" və "Qarabağ"da oynaya biləcəyini bildirib: "Simurq"da yaxşı oynamaqla Azərbaycanın daha güclü klublarından - "Neftçi"dən, "Qarabağ"dan da təkliflər ala bilərəm".
Marko Azərbaycan və Moldova çempionatlarını müqayisə edib: "Bu barədə nə demək çətindi. Moldovada indi yaxşı komandalar çoxdu - "Daçiya", "Zimbru", "Milsami". Bu ölkədə futbol mənim gəldiyim dövrə - 2012-ci ilə təsadüf etdi. Amma mənə elə gəlir ki, Azərbaycan çempionatı daha güclüdü. Çünki burada maaşlar daha çoxdu. Azərbaycana daha səviyyəli legionerlər gəlir".
Fanat.az