"Neftçi"dən qovulan məşqçi İmişlidə

"Neftçi"dən qovulan məşqçi İmişlidə
I divizionda çıxış edən "Mil-Muğan"da baş məşqçi dəyişikliyi olub. Fanat.az xəbər verir ki, Mətləb Məmmədov istefaya göndərilib.
Buna səbəb kimi onun AFFA tərəfindən cəzalandırılması göstərilir. Belə ki, XXI turun "Lokomotiv" - "Mil-Muğan" oyunundan sonra Mətləb Məmmədovla məşqçi Səbuhi Məmmədov hakimləri təhqir etdiyinə və onlara  fiziki təsir göstərməyə cəhd etdiyinə görə hər iki məşqçi 10 oyunluq cəzalandırılmış, klubu 2000 manat cərimə olunmuşdu. Baş məşqçinin yoxluğunda "Mil-Muğan"ı meydana Xaliq Mustafayev çıxarırdı.
Artıq komandanın yeni baş məşqçisi də müəyyənləşib. Bundan sonra İmişli təmsilçisinə bir müddət əvvəl "Neftçi"nin baş məşqçi postundan istefaya göndərilən Asim İbrahimov başçılıq edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər