"Neftçi"dən ayrılan futbolçu Rusiya Premyer Liqasında 

"Neftçi"dən ayrılan futbolçu Rusiya Premyer Liqasında 

2023/2024 mövsümünü "Neftçi"də keçirən Reziuan Mirzov karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.

Fanat.Az xəbər verir ki, məlumatı "Çempionat" saytı yayıb.

Xəbərə görə, orta xətt oyunçusu son mövsümdə Birinci Liqanın qalibi olaraq elitaya yüksələn "Ximki" ilə anlaşıb. Mənbə 30 yaşlı yarımmüdafiəçinin artıq tibbi müayinədən keçdiyini də vurğulayıb.

Qeyd edək ki, Mirzov  2020-2023-cü illər aralığında da "Ximki"nin uğurları üçün çalışıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər