"Neftçi"dən ayrılan futbolçu 1-ci Liqa klubu ilə müqavilə bağladı

"Neftçi"dən ayrılan futbolçu 1-ci Liqa klubu ilə müqavilə bağladı

"Neftçi"dən ayrılan yarımmüdafiəçi İsmayıl Zülfüqarlının yeni klubu bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Zülfüqarlı yeni mövsümə 1-ci Liqada başlayacaq.

Sözügedən futbolçu artıq "Şəfa" ilə müqavilə bağlayıb. 24 yaşlı İsmayıl 1+1 illik anlaşmaya imza atıb.

Qeyd edək ki, "Şəfa" son mövsümdə 2-ci Liqada 2-ci yeri tutaraq 1-ci Liqada oynamaq hüququ qazanıb. Komandanı gənc mütəxəssis Elgiz Kərəmli çalışdırır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər