"Neftçi"dən açıqlama: "Dəyişikliklər gözlənilir"

"Neftçi"dən açıqlama: "Dəyişikliklər gözlənilir"

"Neftçi" klubdakı dəyişikliklərlə bağlı bu gün yayılan məlumatlara reaksiya verib. Fanat.az klubun rəsmi saytının yaydığı açıqlamanı təqdim edir:

"Bu gün mətbuatda Sadıq Sadıqovun istefası haqqında xəbərlər yer alıb. Nəzərinizə çatdırırıq ki, heç bir istefadan söhbət gedə bilməz. Sadıq Sadıqov "Neftçi" İdman Klubu İctimai Birliyinin rəhbəri, eyni zamanda "Neftçi" PFK-nın da prezidentidi. "Neftçi" PFK bir müddət əvvəl "Neftçi" İdman Klubu İctimai Birliyinin tərkibinə verilib. Bununla bağlı bəzi Nizamnamə və struktur dəyişiklikləri gözlənilir. Bu haqda ictimaiyyətə məlumat veriləcək".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər