"Neftçi"də yeni məşqçi təyinatı olub. Fanat.az xəbər verir ki, Nazim Əliyev əsas komandada baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirəcək.
1988 və 1994-1995-ci illərdə "Neftçi"nin formasını geyinmiş Nazim Əliyev baş məşqçi kimi "Şəfa", "Ədliyyə", "Neftçi"nin və "Terek"in əvəzedici komandalarına, həmçinin U-21 millimizə başçılıq edib. Bundan başqa o, "Qarabağ", "Olimpik-Şüvəlan" və İranın "Rah Ahan" klublarında, həmçinin U-19 və A millimizdə məşqçi işləyib.
Qeyd edək ki, "Neftçi"in əsas komandasından Samir Əliyev əvəzedici heyətə məşqçi göndərilib. Qapıçılarla işləyən məşqçi Neboyşa Manoyloviç və fiziki hazırlıq üzrə məşqçi Ruben Selles isə klubdan kənarlaşdılıb. Əvəzində karyerasını bitirən Pavel Doroşev əsas komandaya qapıçılarla işləyən məşqçi təyin olunub.
Fanat.az