"Neftçi"nin əvəzedici komandasının üzvü Mirabdulla Abbasov əsas komandanın heyətinə cəlb edilib. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi əsas heyətdə 49 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, bu, son 6 ayda əvəzedici komandadan əsas heyətə dəvət almış sayca ikinci futbolçudu. Mirabdulla Abbasovdan əvvəl Rahil Məmmədov əsas komandaya cəlb olunub və göstərdiyi oyunla özünü doğruldub. Abbasov əsas komandaya dəvət olunması ilə bağlı klubun rəsmi saytına açıqlama verib.
Onu da qeyd edək k, Abbasov bu mövsüm əvəzedicilərin çempionatında 13 qol vurub.




Fanat.az