"Neftçi"də yarpaq tökümü başlayır: kimlər gedir?

"Neftçi"də yarpaq tökümü başlayır: kimlər gedir?
Ardıcıl 3 çempionluqdan sonra cari mövsümdə istənilən oyunu sərgiləməyən "Neftçi" böyük dəyişikliklərin astanasındadı. Fanat.az xəbər verir ki, "ağ-qaralar" mövsümün sonunda bir neçə futbolçusu ilə yollarını ayıracaq.
Artıq Denis Silva və İqor Mitreskinin gedəcəyi dəqiqləşib. Mitreskinin artıq 35 yaşı var. Əslində, bundan əvvəl bir neçə dəfə onun göndərilməsi gündəmə gəlib. Lakin bu mövqeyə istənilən futbolçunun tapılmaması makedoniyalının komandada saxlanılmasına qərar verilib. Artıq Mitreskiyə "etimad limiti" dolub və o, yayda yola salınacaq. Silvanın isə yaşı çox olmasa da, istənilən oyunu sərgiləmir. Bu səbəbdən braziliyalı müdafiəçi yola salınacaq.
Hücum xəttindən Bahodir Nasimovun gedişi gözlənilir. Böyükağa Hacıyev narazı olduğu və bir müddət əvvəl əvəzedici heyətə göndərdiyi özbək forvarda artıq güvənmir. Böyük ehtimalla mövsüm bitən kimi rəhbərlik ona qapını göstərəcək. Əvəzində isə "Neftçi" Nikolas Kanalesi geri qaytarıb, heyətə başqa bir hücumçu da qatmağa çalışacaq.
Gedənlər bununla bitmir. Çox güman Bruno Bertuççi də yola salınacaq. Düzdü, braziliyalının nə yaşı çoxdu, nə də səviyyəsi aşağıdı. Sadəcə, bu futbolçuya sərfəli təkliflər var. Əslində, "Neftçi" Bertuççini qışda satmaq istəyirdi. Amma Slavik Alxasovun "Xəzər Lənkəran"a gedişi qərarın dəyişdirilməsinə səbəb oldu.
Qeyd edək ki, "Neftçi" artıq Melvin Platyeni İsveçin "Kalmar" klubuna icarəyə verib. Rəşad Sadiqov isə yayda "Qəbələ"yə keçəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər